Boksçumuz dünya çempionatında mərhələ adladı

Azərbaycanın qadın boksçusu Mehparə Məmmədova İspaniyanın Alikante şəhərində gənclər arasında keçirilən dünya çempionatında 1/4 finala yüksəlib.

 

Federasiyadan Newsport.az-a verilən məlumata görə, 48 kq-da çıxış edən idmançı 1/8 finalda monqolustanlı Saruul Batsayxanla qüvvəsini sınayıb. Döyüş Məmmədovanın 5:0 (29:27, 29:27, 29:27, 30:26, 30:26) hesablı qələbəsi ilə yekunlaşıb.

 

O, ilk döyüşündə bolqarıstanlı Lyuba Atanasovanı mübarizədən kənarlaşdırıb. Boksçu 1/4 finalda qazaxıstanlı Gülnaz Buribayeva ilə üz-üzə gələcək.

Ondan fərqli, Sənan Hətəmov dünya çempionatı ilə vidalaşıb. 67 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda qazaxıstanlı Nurbek Mursalla bacarmayıb.

 

Qeyd edək ki, 89 ölkədən 684 (476 oğlan, 208 qız) boksçunun mübarizə apardığı mundialda qaliblərin adlarına noyabrın 25-də və 26-da aydınlıq gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right