Eduard Məmmədov ikiqat Avropa çempionu oldu

Azərbaycanın veteran kikboksçusu Eduard Məmmədov Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Newsport.az-ın məlumatına görə, 63 kq çəki dərəcəsində döyüşən idmançı “Light Contact”da Qabor Çeytey (Macarıstan) və “Kick light”də Sqro Simone Kaloceroya (İtaliya) qalib gələrək veteran kikboksçular arasında ikinci dəfə qitə çempionu olub.

Xatırladaq ki, bunadək Eduard Məmmədov veteranlar arasında üçqat dünya çempionu idi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right