Cüdonun yaranmasının 50 illiyinə həsr olunan marka təqdim olundu FOTOLAR

Azərbaycan Cüdo Federasiyası ölkədə cüdonun yaranmasının 50 illiyinə həsr olunan poçt markasını təqdim edib.

Komanda.az xəbər verir ki, bu, “Azərpoçt” MMC ilə əməkdaşlıq çərçivəsində baş tutub.

Noyabrın 6-da Beynəlxalq Cüdo Federasiyasının prezidenti Mauris Vizer və Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev tərəfindən poçt markasının söndürülməsi mərasimi həyata keçirilib.

“Azərpoçt” MMC tərəfindən hazırlanan marka Belarus Respublikasının Bobruysk şəhərinin “Bobruisk Integrated Printing House” çap evində 48 000 ədəd tirajla çap olunub. Buraxılış 8 markadan ibarət kiçik vərəq şəklindədir.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right