Litvada qızıl, gümüş və bürünc medal

Litvanın Vilnüs şəhərində keçirilən “Dalia Kutkaite” beynəlxalq turnirində bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri uğurla çıxış ediblər.

 

Newsport.az xəbər verir ki, gimnastımız Alina Məmmədova çoxnövçülük, top (26.150 xal) və gürzlərlə (26.250 xal) hərəkətlərin icrasında qızıl medal qazanıb. Kamilla Seyidzadə lentlə qızıl (24850 xal), halqa ilə (24.000 xal) gümüş medala sahib çıxıb. Leyli Ağazadə lentlə (27.850 xal) gümüş, halqa (27.050 xal), top (27.800 xal), gürzlərlə (24.600 xal) hərəkətlərin icrasında və çoxnövçülükdə bürünc medal əldə edib.

 

Bədii gimnastımız Alina Məmmədova yarışda “Miss ekspressiya” titulu ilə mükafatlandırılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right