Azərbaycan millisinin üzvü İtaliyada "gümüş" qazandı

Akademik avarçəkmədə Azərbaycan yığma komandasının üzvü Diana Dımçenko daha bir beynəlxalq turnirdə iştirak edib.

Newsport.az-ın məlumatına görə, idmançımız İtaliyada təşkil olunan Silver Skiff beynəlxalq reqatasında mübarizə aparıb.
Yarışa 26 ölkədən müxtəlif yaş qruplarında ümumilikdə  623 avarçəkən qatılıb. Tək mərhələdən ibarət olan reqatada avarçəkənlər 11 kilometr məsafə qət ediblər. Bir nəfərlik akademik avarçəkmə qayığı ilə qadınların mübarizəsində Dımçenko uğurlu nəticə əldə edib. Təmsilçimiz 11 km məsafəni 44 dəqiqə 54 saniyəyə başa vurub. Özündən əvvəlki rəqibindən cəmi 8 saniyə geri qalan Dımçenko finiş xəttinə ikinci çataraq gümüş medala sahib olub.

Silver Skiff turniri ilk dəfə 1992-ci ildə Turin şəhərində keçirilib. Reqatada hər il min nəfərə yaxın avarçəkən iştirak edir.

Diana Dımçenko Silver Skiff turnirinə  2015-ci ildən qoşulur. O, ümumi hesabda bir dəfə, öz kateqoriyasında isə üç dəfə yarışların qalibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right