Zöhrab Gözəlbəyliyə növbəti beynəlxalq təyinat

Azərbaycan Voleybol Federasiyasının baş koordinatoru Zöhrab Gözəlbəyli Çelenc kubokunun 1/16 final mərhələsinin matçlarında supervayzer olacaq.

Newsport.az-ın məlumatına görə, Avropa Voleybol Konfederasiyasının təyinatına əsasən Gözəlbəyli noyabrın 8-də və 9-da Bakıda kişi voleybolçular arasında keçiriləcək “Murov” (Azərbaycan) – “Holding Qrats” (Avstriya) matçlarında hakimlərin işinə qiymət verəcək.

“Voleybol Mərkəzi”ndə keçiriləcək oyunlarda ilk gün matçın birinci hakimi Butto Malek (İsrail), ikinci hakimi isə Yener Seçkin (Türkiyə) olacaqlar. İkinci gün isə türkiyəli Yener Seçkin birinci hakim, israilli İris Stojcic Fogel ikinci hakim vəzifəsini yerinə yetirəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right