Azərbaycanlı idmançı finala çıxdı

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Bakıda keçirilən "Böyük Dəbilqə" turnirində finala çıxıb.

Newsport.az xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə serbiyalı Aleksandr Kukolla qarşılaşacaq.

90 kq-da yarışan Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşdə gürcüstanlı Luka Maysuradze ilə, 100 kq-dan yuxarı çəki dərəcəsindəki Camal Qamzatxanov isə macarıstanlı Riçard Sipoçla üz-üzə gələcək.

​Daha əvvəl Balabəy Ağayev (60 kq), Hidayət Heydərov (73 kq) və Səid Mollayi (81 kq) qızıl, Kəramət Hüseynov (60 kq) və Orxan Səfərov (66 kq) bürünc medal əldə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right