"Bakıda kuboku qazanmaq üçün mübarizə aparacağıq"

"Məğlubiyyətlər bu gündə qaldı. Sabah kuboku qazanmaq üçün mübarizə aparacağıq".

Newsport.az-ın məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov (63 kq) Bakıda keçirilən Dünya Kubokunda gürcüstanlı Leri Abuladzeyə sonuncu xal prinsipinə əsasən (1:1) qalib gəldiyi görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, yarışa ciddi hazırlaşdıqlarını bildirib: "Əsasən aşağı çəkilərdə problem olacağını gözləyirdik. Arif Niftullayev və Sabah Şəriətinin qələbəsinə ümid edirdik. Amma elə olmadı. Yəqin ki, səhvlərini analiz edəcəklər. Əsas odur ki, finala yüksəldik".

Məmmədov finalda qarşılaşacaqları İran yığmasından çəkinmədiklərini söyləyib: "Onların rəqiblərindən Qırğızıstan Bakıya 3-cü heyətlə gəlib. Amma Türkiyəni məğlub edəcəklərini gözləmirdik. İdmanda hər şey olur. Son Avropa çempionlarının uduzması türkləri pis vəziyyətdə qoydu".

Qarşı tərəfdən rəqibinin U-23 dünya çempionatının son qalibi İman Məhəmmədi olduğunu xatırladan güləşçi təcrübəsindən istifadə edəcəyini vurğulayıb: "Ölkəmə qələbə qazandırmağa çalışacağam. Zəfərimi bizi dəstəkləyən xalqımıza həsr etmək istəyirəm. Döşəyə məhz bunun üçün çıxacağam".

Məmmədov final görüşü üçün heyətdə dəyişikliklər olacağını istisna etməyib: "Əslində bunu məşqçilər edir. Çox güman ki, 60 kq-da dəyişiklik olacaq. Murad Məmmədov ayağından ağır zədə aldı. Digər çəki dərəcələrini bilmirəm".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right