“Bakı” EHF kubokunda mübarizəni dayandırdı

Kişi həndbolçulardan ibarət “Bakı” komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda yarışın ikinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovinanın “Qraçanisa” klubu ilə cavab görüşünü keçirib.

Newsport.az-ın məlumatına görə, qarşılıqlı hücumlar şəraitində keçən oyunda həndbolçularımız yerli komandaya 28:37 hesabı ilə məğlub olublar.

Bosniya və Herseqovinada keçirilən iki oyunun nəticəsinə əsasən, “Bakı” EHF kubokunda mübarizəni dayandırıb.

Xatırladaq ki, bu komandalar arasında ötən gün baş tutan ilk oyunda “Qraçanisa” 33:17 hesabı ilə qalib gəlmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right