Babayevə Avropa birinciliyində zədə əngəli

Albaniyanın Dürres şəhərində yaşı 20 və 23-ə qədər olan gənclər arasında keçirilən ağır atletika üzrə Avropa birinciliyi davam edir.

Newsport.az-ın məlumatına görə, 37 ölkədən 416 atletin (194 qadın və 222 kişi) iştirak etdiyi qitə birinciliyində Azərbaycan idmançıları da mübarizə aparırlar.

Bu gün medallar uğrunda mübarizəyə Azərbaycan yığmasının daha bir üzvü – “Naxçıvan” İdman Klubunun təmsilçisi Tarmenxan Babayev də qoşulub. O, yaşı 20-yə qədər olan idmançılar arasında 96 kq çəki dərəcəsində yarışıb.

Tarmenxan birdən qaldırma hərəkətində 147 kq çəki ilə bu hərəkətdə 5-ci olub. Ancaq idmançımız sonuncu yanaşmasında qolundan zədə aldığı üçün təkanla qaldırma hərəkətinə çıxa bilməyib və yarışı yarıda bitirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right