İki güləşçimizdən bürünc medal U-23 dünya çempionatı

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-23 dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, yarışın 5-ci günündə 4 sərbəst güləşçimiz mübarizəyə qoşulub.

Tofiq Əliyev (57 kq) debütdə türkiyəli Ahmet Dumana müqavimət göstərə bilməyib – 0:10. Rəqib finala yüksəldiyi üçün Tofiq sabah ukraynalı Kamil Kərimovla təsəlliverici görüşdə qarşılaşacaq.

Kənan Heybətov (70 kq) fransalı Əhməd Yezza üzərində inamlı qələbə qazanıb – 8:1. Gənclər arasında dünya çempionumuz 1/8 finalda almaniyalı Şamil Ustayevi sonuncu xal prinsipinə əsasən (1:1) üstələsə də, növbəti mərhələdə gürcüstanlı Giorgi Elbakidzeyə minimal fərqlə uduzub – 4:5. Rəqib finala yüksəldiyi üçün Heybətov təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Ancaq Şri-Lanka təmsilçisi Lahiru Vadiqe qarşılaşmaya çıxmayıb. Kənan bürünc medal uğrunda görüşdə qırğızıstanlı Orozobek Toktomambetov 8:5 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Əşrəf Aşırov (79 kq) təsnifat mərhələsində yaponiyalı Kosuke Yamakuraya 10:11 hesabıyla məğlub olub.

İslam İlyasov (97 kq) ilk görüşdə türkmənistanlı Şatlik Yemelyayevə heç bir şans tanımayıb – 10:0. Həmyerlimiz daha sonra ukraynalı Yunus Qafurovu 4:0 hesabıyla üstələyərək yarımfinala yüksəlib. İlyasov finalın bir addımlığında amerikalı Tanner Sloana uduzub – 2:10. İslam bürünc medal uğrunda görüşdə gürcüstanlı Andro Marqişviliyə 7:0 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right