U-23 dünya çempionatı Güləşçimiz finalda

Azərbaycanın sərbəst güləşçisi Xadjimurad Qadjiyev İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında finala çıxıb.

Newsport.az-ın məlumatına görə, 74 kq çəki dərəcəsində çıxış edən idmançı  finala gedən yolda Vasile Diakonla (Moldova) güləşib və rəqibini 4:3 hesabı ilə məğlub edib. O, həlledici görüşdə Məhəmmədsadiq Firuzpurbandpeylə (İran) qarşılaşacaq.  Qadjiyev bundan əvvəl 1/4 finalda Hrayr Alixanyana 4:2 (Ermənistan), 1/8 finalda  Kusumsiri Palamureyə (Şri-Lanka) 10:0 hesabı ilə qalib gəlmişdi.

Vaxit Qalayev (125 kq) 1/4 finalda Alişer Yergaliyə (Qazaxıstan) uduzub. İntiqam Vəlizadə ilk mərhələdə Şri-Lanka təmsilçisi Oşanda Samaradivakaraya qalib gəldikdən sonra 1/8 finalda kolumbiyalı Elkin Santaya məğlub olub.

Bu gün həmçinin 70 kq-dakı Kənan Heybətov bürünc medal uğrunda Orozobek Toktomambetovla (Qırğızıstan), 97 kq-dakı İslam İlyasov Andro Marqişvili (Gürcüstan) ilə üz-üzə gələcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right