Şəhriyar Məmmədyarov: "Bu turnir barədə kitab yaza bilərəm"

 “Aimchess Rapid” turnirində ikinci yeri tutan Şəhriyar Məmmədyarov turnir barədə təəssüratlarını bölüşüb.

Newsport.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster sosial şəbəkə hesabında etdiyi paylaşımda turnir barədə kitab yaza biləcəyini söyləyib:

"Turnirdə tarix yazdım. Bu, unudulmayacaq. Tək bu turnir barədə kitab yaza bilərəm. Fəxr edirəm ki, siz də bu tarixin bir hissəsi oldunuz. Oyunlarımı çox sevdim. Sizin oyun sevginizi qazanmaqla geri dönəcəyəm".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirinin finalında polşalı Yan Kşiştof-Dudaya uduzub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right