“Araz-Naxçıvan”dan yeni transfer

UEFA Çempionlar Liqasında iştirak edəcək “Araz-Naxçıvan” heyətinə daha bir hücumçu dəvət edib.

Newsport.az Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ölkə çempionu braziliyalı forvard Pedro Torreslə anlaşıb.

O, komandaya ancaq Çempionlar Liqasının oyunlarında kömək edəcək. Pedronun adı artıq UEFA-ya göndərilmiş ilkin siyahıya daxil edilib.

Qeyd edək ki, futzalçının son klubu Qazaxıstan “Bayterek”i olub. O, 9 oyunda iştirak edib, 3 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right