Dünya çempionatı: Sərbəst güləşçilər mübarizəyə başlayır, Mirzəzadə final görüşünə çıxacaq

Azərbaycanın 4 sərbəst güləşçisi bu gün İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.

Newsport.az-ın məlumatına görə, 57 kq çəki dərəcəsində çıxış edən Tofiq Əliyev 1/8 final mərhələsində Ahmet Dumanla (Türkiyə) üz-üzə gələcək.

70 kq-da yarışan Kənan Heybətov təsnifatda Əhməd Yezza (Fransa) ilə, 79 kq-dakı Əşrəf Aşırov eyni raundda Kosuke Yamakura (Yaponiya) ilə görüşəcək.

97 kq-da mübarizə aparan İslam İlyasov bu mərhələdə Şatlik Yemelyayevlə (Türkmənistan) güləşəcək.

Bu gün həmçinin 65 kq çəki dərəcəsindəki qadın güləşçi Nigar Mirzəzadə finalda Miva Morikava (Yaponiya) ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right