Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Azərbaycanın beş cüdoçusu bu gün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə start götürəcək Böyük Dəbilqədə mübarizəyə start verəcək.

Newsport.az-ın məlumatına görə, yarışın ilk günündə 60 kq çəki dərəcəsində çıxış edən Balabəy Ağayev 1/16 final mərhələsində Angelo Pantano (İtaliya) ilə, eyni çəkidəki Turan Bayramov Bayurjan Narbayevlə (Qazaxıstan) üz-üzə gələcək.

66 kq-da yarışan Tofiq Məmmədov 1/32 final mərhələsində Oskar Pertelsonla (Estoniya) görüşəcək.

Qadınlardan 48 kq çəkidə yarışan Leyla Əliyeva 1/16 finalda Rafael Batistanın (Braziliya), 52 kq çəkidəki təmsilçimiz Gültac Məmmədəliyeva eyni raundda Tolqanay Abeuovanın (Qazaxıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Azərbaycan Böyük Dəbilqədə 13 idmançı ilə təmsil olunur. Yarışa oktyabrın 23-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right