Bocce idmanı üzrə təlimlərə start verilib Foto

Ölkəmizdə Bocce idmanı üzrə təlimlərə start verilib. Newsport.az xəbər verir ki, Azərbaycan Bocce İdman Klubunun təşəbbüsü ilə Türkiyənin beynəlxalq dərəcəli məşqçisi Ahmet Yaratılmış ölkəmizə səfərdədir. 
 
O, bocce idman növünün ölkəmizdə təbliği, eləcə onun qaydaları ilə bağlı biliklərini təlim iştirakçıları ilə bölüşüb. Ahmet Yaratılmış Azərbaycanda bu idmana marağın yüksək olduğunu və iştirakçıların təlimlərdə səylə çalışdıqlarını bildirib. 
 
Bocce İdman Klubunun rəhbəri Elnur Məmmədli isə əcnəbi mütəxəssislərin səfərinin ölkəmizdə Boccenin inkişafına müsbət təsir edəcəyini vurğulayıb. Təlimlər 5 gün davam edib və 50-dən çox idmançı qaydalarla tanış olub, praktiki məşqlərdə iştirak edib.
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right