"Aimchess Rapid": Məmmədyarov bu gün yarımfinal görüşünə çıxacaq

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Meltwater Champions Chess Tour" seriyasının səkkizinci mərhələsi olan “Aimchess Rapid” turnirində yarımfinal görüşünə çıxacaq.
 
Newsport.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster bu raundda Rumıniyanı təmsil edən Riçard Rapportla üz-üzə gələcək.
 
Digər yarımfinal görüşü isə norveçli dünya çempionu Maqnus Karlsenlə polşalı Yan Kşiştof-Duda arasında olacaq.
 
Qeyd edək ki, Şəhriyar Məmmədyarov 1/4 finalda Özbəkistan təmsilçisi Nodirbek Abdusattorova qalib gəlib.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right