Azad Rəhimovun oğlu vəzifəsindən azad olundu

Formula - 1 Azərbaycan yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəhbərliyində dəyişilik olub.

Newsport.az-ın əldə etdiyi xəbərə görə, şirkətin yarandığı ilk vaxtdan onun icraçı direktoru olmuş Arif Rəhimov vəzifədən uzaqlaşdırılıb. Onun yerinə Maqsud Fərzullayev adlı şəxsin gətirildiyi bildirilir. M.Fərzullayev bunadək Milli Gimnastika Arenasının direktoru işləyib.

Qeyd edək ki, A.Rəhimov mərhum gənclər və idman naziri Azad Rəhimovun oğludur. Onun vəzifəsindən hansı səbəbdən kənarlaşdırılması bilinmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right