Azərbaycan Kubokuna start verildi

Bakı Su İdmanı Sarayında güc idman növləri üzrə Azərbaycan Kubokuna start verilib.

 

Newsport.az xəbər verir ki, Azərbaycan Stronqmen Federasiyasının (ASF) təşkilatçılığı ilə keçirilən turnirdə idmançılar “strict curl” və “streetlifting” üzrə yarışlarda güclərini sınayacaqlar.

 

Yarışın ilk günündə "strict curl" üzrə medallar uğrunda mübarizə gedir.

 

Gənclər, böyüklər və veteranlar kateqoriyasi üzrə keçirilən ölkə kubokunda Bakı ilə yanaşı, Gəncə, Qəbələ, Tovuz, Mingəçevir, Yevlax, Şəki və digər bölgələrdən 100-dən artıq idmançı iştirak edir. Turnirdə müxtəlif kateqoriyalar üzrə respublika və şəxsi rekordlar müəyyənləşib.

Yarışın baş hakimi pauerliftinq üzrə üçqat Avropa və dünya çempionu, idman ustası, ASF-in nəzdində “Strict curl Azərbaycan” bölməsinin rəhbəri Camal Əhmədzadə, baş katib isə federasiyanın prezidenti Bəxtiyar Quliyevdir.

 

Yarış noyabrda Qırğızıstanda keçiriləcək Dünya Kubokuna təsnifat xarakteri daşıyır. 

 

Azərbaycan Kubokuna oktyabrın 16-da "streetlifting" üzrə yarışla yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right