Basketbol üzrə milli komandamız yenidən FİBA-nın reytinq cədvəlində

Basketbol üzrə yığma komandası yenidən FİBA-nın reytinq cədvəlinə salınıb. Bu barədə Newsport.az-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib:

“2021-ci ilin avqust ayında açıqlanan FİBA-nın yeni reytinq sıralamasında yox idi. Reytinq 8 ilə əsasən hesablandığından və bu 8 il ərzində millimizin heç bir rəsmi oyunda iştirak  etməməsi səbəbindən yığma komandamız siyahından kənarlaşdırılmışdı. 2022-ci ildə isə Maltada təşkil olunmuş kiçik ölkələrin Avropa çempionatında, kişilərdən ibarət basketbol yığmamız da iştirak etdi və keçirdiyi rəsmi qarşılaşmalara görə yenidən FİBA -nin reytinq siyahısına daxil oldu. Yeni reytinq cədvəlinə əsasən milli komandamız 78.5 xalla, 163 ölkə arasında 112-ci pillədə qərarlaşıb”.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right