Yığmamız Qazaxıstana yola düşdü

Stolüstü tennis üzrə seçmə komandamız daha bir beynəlxalq yarışda ölkəmizi təmsil edəcək. 

 

Newsport.az xəbər verir ki, yığma Qazaxıstanın məşhur idmançısı Yermak Kitayevin xatirə turnirində iştirak edəcək. Bu barədə Azərbaycan Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidməti məlumat yayıb.

 

Pavlodar şəhərində təşkil olunacaq yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Rza Mirzəyevin rəhbərliyi ilə Vəzir Allahverdiyev, Nihad Məmmədov, İbrahim Ansari, Ləman Abdulhəmidova, Zemfira Mikayılova və Arzu Aslanova bacarığını göstərəcək. Oktyabrın 15-də start veriləcək beynəlxalq turnirə oktyabrın 17-də yekun vurulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right