Rüstəm Orucov: "Hələ heç nə bitməyib, daha güclü qayıdacağam"

Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) öz Feysbuk hesabında paylaşım edib.

Newsport.az xəbər verir ki, o, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında 1/16 finalda uduzaraq turnirlə vidalaşması barədə yazıb. Rüstəm məyus olduğunu bildirib:

"Əvvəlcə mənə həqiqətən dəstək olan hər kəsə təşəkkür edirəm. Aylarla davam edən ağır məşq və hazırlıqdan sonra belə halın baş verməsi həqiqətən məyusedici və ürəkağrıdan hadisədir. İndi sadəcə bir-iki gün ara vermək, beynimdəki fikirləri toplamaq və bu vəziyyəti təhlil etmək istəyirəm. Məncə, nə olursa olsun, bu, indiyə qədər öyrəndiyim ən yaxşı dərsdir. Sonda qeyd edim ki, hələ heç nə bitməyib və daha güclü qayıdacağam!”

Qeyd edək ki, R.Orucov ilk görüşündə - 1/16 finalda braziliyalı Daniel Karqninə uduzaraq mundialla vidalaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right