Azərbaycan gimnastlarından beynəlxalq turnirdə qızıl medal

Çexiyanın Yablones nad Nisou şəhərində batut gimnastikası üzrə “Friendship-2022” beynəlxalq turniri keçirilib. Newsport.az xəbər verir ki, 17 ölkədən 262 idmançının iştirak etdiyi yarışda ölkəmizi yığma komandamızın üzvləri Selcan Mahsudova, Maqsud Mahsudov və Hüseyn Abbasov təmsil ediblər.
 
Sinxron cütlüklər proqramında təsnifat mərhələsini birinci pillədə başa vuran idmançılarımız Maqsud Mahsudov və Hüseyn Abbasov həlledici mərhələdə də bütün rəqiblərindən üstün olaraq qızıl medal qazanıblar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right