Azərbaycanın voleybol hakimi beynəlxalq təyinat alıb

Azərbaycanın voleybol hakimi Eldar Zülfüqarov növbəti dəfə beynəlxalq təyinat alıb.

Newsport.az-ın məlumatına görə, o, Rumıniyada kişi voleybolçulardan ibarət "Arkada Qalati" və Bolqarıstanın "Hebar Pzardzik" komandaları arasında Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyununda iş başında olacaq.

Zülfüqarov sloveniyalı baş hakim Blaz Markeljin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma oktyabrın 12-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right