Daha bir cüdoçumuz dünya çempionatında mübarizəyə başlayır

Özbəkistanın paytaxtı Daşkənddə cüdo üzrə dünya çempionatı davam edir.

Newsport.az xəbər verir ki, Azərbaycanın daha bir cüdoçusu bu gün mübarizəyə başlayacaq. Məmmədəli Mehdiyev (90 kq) 1/16 final mərhələsində Çristian Parlati (İtaliya) / Aleksander Knauf (ABŞ) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçularından hələlik yalnız Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb. Yarışa oktyabrın 13-də yekun vurulacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right