DÇ: Azərbaycanın daha 3 cüdoçusu medalsız qaldı

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün Azərbaycanın daha üç cüdoçusu mübarizəyə qoşulub.

66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 finalda Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) uduzub.

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarronun (İspaniya) müqavimətini qıra bilməyib.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib.

Xatırladaq ki, ilk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) da medal qazana bilməmişdi.

Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right