Azərbaycanın daha üç cüdoçusu dünya çempionatını medalsız başa vurub

Azərbaycanın daha üç cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatınını medalsız başa vurub.

Newsport.az-ın məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən Orxan Səfərov 1/16 final mərhələsində Freddi Vayzeneggerə (Fransa) qalib gəlsə də, növbəti raundda Boqdan İadova (Ukrayna) uduzub. 

Eyni çəkidəki Yaşar Nəcəfov 1/32 finalda Miad Nosratini (Qaçqın komandası) mübarizədən kənarlaşdırıb. Nəcəfov növbəti görüşdə Adrian Çinarronun (İspaniya) müqavimətini qıra bilməyib. 

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/32 finalda Binta Ndiayeyə (İsveçrə) yenilib. 

Qeyd edək ki, Azərbaycan mundialda 11 cüdoçu ilə təmsil olunur. İlk yarış günündə Kəramət Hüseynov (60 kq) və Leyla Əliyeva (48 kq) medal qazana bilməyib. Dünya çempionatı oktyabrın 13-də başa çatacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right