Azərbaycanı olimpiadada beş komanda təmsil edəcək

Azərbaycanda oktyabrın 2-də şahmat üzrə növbəti mötəbər yarışa start veriləcək.

Newsport.az-ın məlumatına görə, bu dəfə Naxçıvan Muxtar Respublikası 16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edəcək.

Azərbaycan olimpiadada 5 komanda ilə təmsil olunacaq.  əmsilçilərimizin heyəti ilə tanış olun:

Azərbaycan-1: Read Səmədov (2455), Fərid Orucov (2352), Şiroğlan Talıbov, Süleyman Süleymanlı (2304), Səmra Qasımova (1902), Nərmin Abdinova (1740).

Azərbaycan-2: Cahandar Azadəliyev (2304), Ümid Aslanov (2273), Xəqan Əhməd (2196), İslam Hacıəliyev (1633), Xanım İsmayılova (1901), Aysel Cəfərova (1489).

Azərbaycan-3: Aydan Şükürova (1732), Nurtən Nuriyeva (1691), Lalə Hüseynova (1702), Ayan Hüseynli (1572), Səadət Bəşirli (1567), Nərmin Nəsibova (1504).

Azərbaycan-4:  Tunar Davudov (1868), Aqil İsrailov (1883), Paşam Əlizadə (1770), Elcan Əbdülkərimli (1742), Leyla Rzalı (1451).

Azərbaycan-Naxçıvan: Seyid Hüseyn (2097), Rza Həsənli (1566),  Rəcəb Abdullabəyli (1506), Sadiq Abbasov (1542), Nazlı Hümbətova (1632), Zərifə Abbasova (1480).

Olimpiadada ilk turun oyunları oktyabrın 2-də keçiriləcək. 9 turdan ibarət yarışa oktyabrın 10-da yekun vurulacaq.

16 yaşlılar arasında Ümumdünya Şahmat Olimpiadasında 25 ölkədən 35 komanda mübarizə aparacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right