Kolumbiyalı boksçu döyüşdən sonra komaya düşüb

Kolumbiyalı peşəkar boksçu Luis Kinyunes süni komaya salınıb.

Newsport.az RDS telekanalına istinadən xəbər verir ki, 25 yaşlı idmançı venesuelalı Xose Munyosa qarşı döyüşdə ağır xəsarət alıb.

Munyos reytinq qarşılaşmasının 8-ci raundunda nokautla qalib gəlib.

Kinyunes meydanı xərəkdə tərk etməli olub. O, kəllə-beyin travması səbəbindən əməliyyat olunub.

Qeyd edək ki, Luis Kinyunes peşəkar karyerasına 2018-ci ildə başlayıb. Boksçunun 10 qələbəsi və 1 məğlubiyyəti var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Şamaxı Səbail Turan Tovuz Zirə
Banner left
Banner right