İdmançımız Gürcüstanda üçüncü oldu

Azərbaycanın stolüstü tennisçisi Aylin Əsgərova Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən yeniyetmələrin “WTT youth contender Tbilisi” turnirində mükafatçılar sırasında yer almağı bacarıb.

Newsport.az-ın məlumatına görə, 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçi qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək 1/8 finala adlayıb.

Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını 1/2 finala yazdırıb. Finala çıxış uğrunda görüşdə isə Honkonq idmançısına uduzan Aylin Əsgərova turniri 3-cü pillədə başa vurub.

Daha iki tennisçimiz – Mərziyyə Nurmətova ilə Yağmur Məmmədli də mükafatlar uğrunda mübarizəni davam etdirir. Bu gün 11 yaşadək tennisçilərin yarışında qüvvəsini sınayan Yağmur Məmmədlinin startı uğurlu alınıb. Keçirdiyi iki qarşılaşmadan qalib ayrılan tennisçi sabah mükafatlar uğrunda görüşlərdə etimadı doğrultmağa çalışacaq.

Bu gün 15 yaşadək idmançıların turnirinə qatılan Mərziyyə Nurmətova da qrup mərhələsini inamla adlayaraq 1/16 finala vəsiqə qazanıb. O, sabah mübarizəni davam etdirəcək.

Oğlanların mübarizəsində Adil Əhmədzadə ilə Onur Quluzadə də 3-cü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right