Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

"Yarışın səviyyəsi çox yüksəkdir".

Newsport.az-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov beynəlxalq şahmat turnirinin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri müstəqil Azərbaycan tarixində ilk dəfə Şuşada şahmat turniri keçirildiyini bildirib: "Millimizin üzvləri və dünyanın məşhur şahmatçıları “Shusha Chess 2022”də iştirak edirlər. Yarışın bir sıra görkəmli qonaqları da var".

Beynəlxalq Şahmat Federasiyasının da vitse-prezidenti olan Məmmədov turnirin ənənəvi olması üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu məsələ ilə bağlı çox suallar verilir. Hazırda ilk yarış təşkil olunur. Bizim mənəvi haqqımız yoxdur ki, bu turnir ənənəvi olmasın".

Məmmədov qrossmeysterlərin rapid və blits üzrə mübarizə aparacaqlarını xatırladıb: "Dünyanın şahmat təqvimi sıx olduğundan yarışa çox günün sərf olunmasını istəmədik. Rapid və bilts XXI əsrin reallığıdır. İnanıram ki, 5-6 saat davam edən klassik turnirlər tarixdə qalacaq".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right