Cüdoçumuz Avropa çempionu oldu

Çexiyanın paytaxtı Praqadakı gənclər arasında cüdo üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Vüsal Qələndərzadə final görüşünə çıxıb.

Newsport.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində yarışan idmançı Luici Sentraççio (İtaliya) ilə qarşılaşıb və ipponla qalib gələrək Avropa çempionu olub.

Qeyd edək ki, bundan əvvəl Turan Bayramov 60 kq çəkidə gümüş medal qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right