Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Azərbaycan cüdoçusu Nizami İmranov Çexiyanın paytaxtı Praqada keçirilən gənclərin Avropa çempionatında qələbə qazanıb.
 
Newsport.az-in məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən idmançı 1/16 final mərhələsində Rikardu Pireslə (Portuqaliya) üz-üzə gəlib.
 
Qızıl xal bölümündə rəqibinə vazari xalı ilə qalib gələn İmranov 1/8 finala yüksəlib. İdmançı növbəti raundda Tornike Maziaşvili (Gürcüstan) ilə görüşəcək.
 
Qadınların yarışında 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauriyə (Gürcüstan) uduzub.
 
Qeyd edək ki, bu gün 60 kq-dakı Turan Bayramov və 8 kq-dakı Könül Əliyeva da mübarizəyə start verəcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right