Avropa çempionatı: Azərbaycan 4 cüdoçusu bu gün tatamiyə çıxacaq

Azərbaycanın 4 cüdoçusu bu gün Çexiyanın paytaxtı Praqada start götürəcək gənclərin Avropa çempionatında mübarizəyə başlayacaq.

Newsport.az-in məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Kristian Qustiuk (Moldova) / Bahadır Berat (Türkiyə) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Nizami İmranov 1/16 finalda Rikardu Pireslə (Portuqaliya) görüşəcək.

Qadınların yarışında 48 kq-dakı Könül Əliyeva 1/8 finalda Sila Ersinlə (Türkiyə), 57 kq-dakı Səbinə Əliyeva 1/16 finalda Nino Tsiklauri (Gürcüstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan millisi sentyabrın 18-də başa çatacaq Avropa çempionatında 13 idmançı ilə təmsil olunur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right