Azərbaycanın qadın güləşçisi dünya çempionatında zədələnib

Azərbaycanın qadın güləşçisi Leyla Qurbanova Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında zədələnib.

Newsport.az-in məlumatına görə, 53 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Xulan Batxuyaq (Monqolustan) ilə görüşdə qolundan xəsarət alıb.

Qurbanova qarşılaşmaya davam edə bilmədiyi üçün qələbə rəqibə verilib. Azərbaycan təmsilçisi zədələndiyi an 1:4 hesabı ilə geridə olub. Güləşçi 1/8 finalda Yuliya Leorda (Moldova) qalib gəlmişdi.

Digər qadın güləşçi 65 kq-da çıxış edən Elis Manolova 1/4 finala təsadüf edən ilk görüşündə Jia Lonqa (Çin) yenilib.

Qeyd edək ki, bu gün Azərbaycanın yunan-Roma güləşçisi, 60 kq-da mübarizə aparan Murad Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək. Daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right