Dünya çempionatı: Azərbaycan güləşçisi bürünc medal görüşünə qatılacaq

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal görüşünə vəsiqə qazanıb.

Newsport.az-in məlumatına görə, 60 kq çəki dərəcəsində çıxış edən Murad Məmmədov təsəlliverici qarşılaşmada Justas Petraviçyusu (Litva) məğlub edib.

Məmmədov bürünc medal uğrunda Fumita Keniçiro (Yaponiya) ilə görüşəcək.

130 kq-dakı Sabah Şəriəti ilk təsəlliverici görüşdə Alimxan Sidikovdan (Qazaxıstan) üstün olsa da, Yakobi Kajaya (Gürcüstan) ilə dueldən məğlub ayrılıb.

Qadın güləşçilərdən isə 62 kq-dakı Tatyana Omelçenko təsəlliverici görüşdə Xiaojuan Luoya (Çin) yenilib.

Qeyd edək ki, bu gün Azərbaycanın daha iki qadın güləşçisi mübarizəyə start verir.

Daha əvvəl 5 yunan-Roma güləşçisi medal qazanıb. Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medala sahib çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right