Üç güləşçimiz bürünc görüşünə çıxacaq, üçü mübarizəyə başlayacaq

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatında bu gün daha 3 Azərbaycan idmançısı xalça üzərinə çıxacaq.

Newsport.az xəbər verir ki, yunan-Roma güləşçilərindən 130 kq çəki dərəcəsində Sabah Şəriəti 1/16 finalda hindistanlı Satiş Satişlə üz-üzə gələcək.

60 kq çəkidə Murad Məmmədov 1/8 finalda ukraynalı Viktor Petriki və konqolu Rabbi Kilandi cütünün qalibini mübarizədən kənarlaşdırmağa çalışacaq.

Qadınların yarışında isə 62 kq çəkidə Tatyana Omelçenko təsnifat mərhələsində vietnamlı Ti Nquyenlə üz-üzə gələcək.

Bu gün həmçinin yunan-Roma güləşçilərindən Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal uğrunda, Rafiq Hüseynov (82 kq) isə təsəlliverici görüşdə iştirak edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right