Millimiz Avropa çempionatının final mərhələsinə yüksəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

Newsport.az xəbər verir ki, D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri dünən səfərdə Avstriya komandasının qonağı olub. Yığmamız seçmə mərhələnin son matçında ev sahiblərinə 3:1 (25:14, 25:20, 23:25, 25:15) hesabı ilə qalib gəlib.

Beləliklə, bu matçdan sonra millimiz aktivindəki xalların sayını 12-yə çatdıraraq qrup ikincisi kimi AVRO-2023-ün final mərhələsinə yüksəlib.

Yığmamız 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısıdır. Belçika, İtaliya, Estoniya və Almaniyanın ev sahibi olacağı AVRO-2023-ün final mərhələsi isə komandamız üçün 10-cu olacaq. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right