Ukrayna voleybol millisi dünya çempionatında sensasiyaya imza atıb

Polşa və Sloveniyada kişi voleybolçular arasında keçirilən dünya çempionatında Ukrayna millisi sensasiyaya imza atıb.

Newsport.az xəbər verir ki, 1/4 finala vəsiqəni İtaliya, Fransa, Sloveniya, Argentina, Braziliya, Polşa və ABŞ-la yanaşı, bu ölkənin komandası da əldə edib.

Ukrayna yığması tarixdə ilk dəfə belə bir hüquqa yiyələnib.

1/4 finalda qarşılaşacaqlar:

7 sentyabr

19:30. İtaliya – Fransa

23:00. Sloveniya – Ukrayna

8 sentyabr

19:30. Argentina – Braziliya

23:00. Polşa – ABŞ

Qeyd edək ki, bu yarış Rusiyada keçirilməli olsa da, siyasi vəziyyətlə əlaqədar Polşa və Sloveniyaya salınıb. Ukrayna isə yarışdan kənarlaşdırılan Rusiyanı reytinq siyahısında daha üst pillədə olduğu üçün əvəzləyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right