Dünya çempionatı: Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin heyəti açıqlanıb

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandasının sentyabrın 10-da Serbiyanın paytaxtı Belqradda start götürəcək dünya çempionatı üçün heyəti açıqlanıb.

Federasiyadan Newsport.az-a verilən məlumata görə, 9 gün davam edəcək yarışda yığmanın 9 üzvü qüvvəsini sınayacaq. Baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Eldəniz Əzizli (55 kq), Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), Arif Niftullayev (97 kq) və Sabah Şəriəti (130 kq) mübarizə aparacaq.

Olimpiya Güləş Mərkəzində idmançılarla görüş keçirilib. Federasiyanın İcraiyyə Komitəsinin üzvü Fərid Mansurov, baş katib Nəsimi Musayev, baş katibin müavini Orxan Məmmədov və Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Elçin Cəfərov güləşçilərə məsul yarışda uğurlar arzulayıb və tövsiyələrini çatdırıb.

Qeyd edək ki, sentyabrın 9-da püşkatma mərasimi keçiriləcək. Növbəti gün Əzizli, Qənizadə və Süleymanov yarışa start verəcək. Sentyabrın 11-də Məmmədov, Cəfərov, Hüseynov və Niftullayev, ayın 12-də isə Məmmədov və Şəriəti mübarizəyə qoşulacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right