Azərbaycan karateçiləri Premyer Liqanı 6 medalla başa vurdu

Azərbaycan karateçiləri Bakıda keçirilən Premyer Liqa turnirini 3 qızıl və 3 bürünc medalla başa vurub.

Newsport.az-ın məlumatına görə, kişilərin 60 kiloqram çəki dərəcəsində yer alan Əminağa Quliyev qızıl medal uğrunda həlledici dueldə misirli Kərim Aboeitta ilə gərgin keçən döyüşdən qalib ayrılıb – 6:5.

Qadınlarıh 68 kiloqram çəki dərəcəsində yarışan dünya çempionu İrina Zaretska finalda 2019-cu ildə Minskdə keçirilmiş 2-ci Avropa Oyunlarının finalında uduzduğu Silvia Semerarodan (İtaliya) üstün olub. 5:5 bitən görüşdə qələbə Zaretskaya verilib.

Nəhayət, kişilərin 84 kiloqramdan yuxarı çəkisindəki Asiman Qurbanlı Taha Mahmuda (Misir) 2:1 qalib gələrək qızıl medal qazanıb.

Tural Ağalarzadə (67 kq), Turqut Həsənov (84 kq) və Murad Hacızadə (+84 kq) isə üçüncü yer uğrunda görüşlərini qələbə ilə başa vuraraq yarışı bürünc medalla tamamlayıblar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right