Azərbaycan yığması dünya ikincisi oldu

Bu gün Rumıniyanın Konstansa şəhərində çimərlik güləşi üzrə U-20 dünya çempionatı keçirilib.

Newsport.az-ın məlumatına görə, mundialda Azərbaycanı baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında Rübail İbrahimli (70 kq), Fərid Yusifov (80 kq), Fərid Cabbarov (90 kq) və Zəfər Əliyev (+90 kq) təmsil edib.

Millimiz məsul yarışda bir dəst medal qazanıb. Fərid Cabbarov bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub. Zəfər Əliyev gümüş, Rübail İbrahimli isə bürünc medal qazanıb.

Azərbaycan 68 xalla komanda hesabında dünya ikincisi olub. Rumıniya 95 xalla birinci, Moldova isə 35 xalla üçüncü yeri tutub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right