Oqtay Əsədov: "Milliyə legioner cəlb etmək istəmirik"

"Milli komandaya legioner cəlb etmək istəmirik".

Newsport.az-ın məlumatına görə, bunu növbəti 4 il müddətinə Azərbaycan Tennis Federasiyasının prezidenti seçilmiş Oqtay Əsədov mətbuat konfransında deyib.

67 yaşlı funksioner həmin vəsaiti yerli idmançılara xərcləyəcəklərini bildirib: "Bir legioner var idi və gəlmək istəyirdi. amma maddi tələbi çox yüksək idi. Ona da gücümüz çatmazdı".

Əsədov tennisdə idmançı və məşqçi yetişdirməyin çox çətin olduğunu söyləyib: "Bu il 3 idmançımız beynəlxalq yarışlarda birinci yeri tutub. Parlament sədri kimi də tennisə maraq göstərirdim. Həmin vaxt 6 il dalbadal WTA (Qadın Tennisçilər Assosiasiyası) turniri keçirirdik. Çalışacağıq ki, inidədən sonra daha çox olsun".

ATF peridenti bu il ilk dəfə ölkənin Devid Kubokuna ev sahibliyi etdiyini xatırladıb: "18-20 yaşında olan tennisçilərimiz var idi. Maliyyə və sponsor məsələləri də həll olunur. Bu idman növünün inkişafı üçün bazamız da mövcuddur. Amma bunun üçün yalnız turnilər lazımdır".

Federasiya rəhbəri regionlarda da tennisi canlandırmaq üçün gənclər yetişdirmək istədiklərini vurğulayıb: "Nazirlik bu yöndə təklif verib, biz də razılaşmışıq. Pandemiyayadək bizdə 220 uşaq var idi. İndi sə 90 uşaq qalıb. Uşaqlar inkişaf etdikdən sonra milli komanda üzvləri və gənclər də beynəlxalq turnirlərə göndərilir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right