Oqtay Əsədov yenidən Azərbaycan Tennis Federasiyasının prezidenti seçilib

Azərbaycan Tennis Federasiyasının ümumi yığıncağı keçirilib.

Newsport.az-in məlumatına görə, Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutan tədbirdə iştirakçıları salamlayan nazir Fərid Qayıbov onlara uğurlar arzulayıb.

Federasiya prezidenti Oqtay Əsədov çıxış edərək təşkilatın fəaliyyəti və qarşıdakı planlar barədə məlumat verib.

Sonra, Azərbaycan Tennis Federasiyasının hesabatı dinlənilib, yeni seçki keçirilib. Oqtay Əsədov yenidən 4 il müddətə federasiyanın prezidenti seçilib.

Yığıncaqda həmçinin Gülməmməd Cavadov federasiyanın vitse-prezidenti, Mehman Qocayev, Fərid Şirinov, Salam Əsgərəlizadə və Yalçın Manaflı İdarə Heyətinə üzv seçiliblər.

 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right