AÇ-2023: Azərbaycan millisi Avstriyaya da qalib gəldi

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası AÇ-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, D qrupunda yer alan yığmamız bu gün Avstriyanı qəbul edib.

Bakıdakı Voleybol Mərkəzində təşkil olunan qarşılaşma Eldar Yusubovun baş məşqçi olduğu kollektivin inamlı qələbəsi ilə başa çatıb – 3:0.

İlk 3 turdan sonra Azərbaycanın 9 xalı var. Əvvəlki iki görüşdə Gürcüstan həm evdə, həm də səfərdə eyni hesabla məğlub edilib – 3:0.

Qeyd edək ki, qruplarda ilk 2 yerin sahibləri AÇ-2023-ə vəsiqə qazanacaq.

AÇ-2023-ün seçmə mərhələsi
D qrupu
28 avqust

Azərbaycan – Avstriya 3:0 (25:19, 25:19, 25:13)
Hakimlər:
Meryem Tekol Pelenk (Türkiyə), Deyan Rogiç (Serbiya).
Bakı, Voleybol Mərkəzi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right