Azərbaycanlı hakim İsrail – Xorvatiya görüşünə təyinat alıb

Beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti təyinat alıb.

Newsport.az Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Zülfüqarov bu gün İsrailin Hadera şəhərində qadın voleybolçular arasında keçiriləcək AVRO-2023-ün təsnifat mərhələsinin A qrupunun İsrail – Xorvatiya matçında baş hakim olaraq oyunu idarə edəcək.

Görüşdə ikinci hakim funksiyasını türkiyəli Ramazan Çevik yerinə yetirəcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right