Millimiz Gürcüstana yollandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Gürcüstana yollanıb.

Newsport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, Avropa çempionatının təsnifat mərhələsində D qrupunda mübarizə aparan millimiz avqustun 24-də Gürcüstanın qonağı olacaq.

Tbilisidə “Yeni Voleybol Arena”da baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Millimiz qrupdakı ilk oyununda Gürcüstana 3:0 qalib gəlib. Yığmanın D qrupundakı digər rəqibləri Sloveniya və Avstriyadır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right