Avropa çempionatında 9 medal

Estoniyanın paytaxtı Tallində taekvondo üzrə klublararası Avropa çempionatına start verilib.

Newsport.az-ın məlumatına görə, 5 gün davam edəcək yarışın startı Azərbaycan komandaları üçün uğurlu alınıb.

Taekvondoçularımız müxtəlif klubların heyətində 9 - 2 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.

"Ümid"in yetirmələri baş məşqçi İlkin Şahbazovun rəhbərliyi altında 4 dəfə fəxri kürsüyə yüksəlib. Bütün rəqiblərinə qalib gələn Sabir Məmmədli (27 kq) qızıl medala yiyələnib. Yalnız finalda məğlub olan Coşqun Məmmədzadə (33 kq) ikinci yeri tutub. Rasim Qarayevlə (27 kq) Kənan Balayev (30 kq) bürünc medalla kifayətlənib.

“Gədəbəy” İdman Klubunun taekvondoçusu Həsənov Süleyman da çempion tituluna sahib olub. Baş məşqçisi Beyrək Bağırovun 44 kq çəki dərəcəsində mübarizə aparan yetirməsi inamlı çıxışı ilə fərqlənib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Fortis"dən Mehman Qənbərov (27 kq) da adını mükafatçılar sırasına yazdırıb. O, medal kolleksiyasına bürünc medal əlavə edib.

“Alov”un iki taekvondoçusu Azərbaycan bayrağını yüksəldib. Baş məşqçisi Asim Xudiyevin şans verdiyi idmançılardan Əli Hüseynli (44 kq) 2-ci, İsa Hüseynli (40 kq) 3-cü yeri tutub.

Ölkəmizin aktivinə günün 9-u medalını isə Vüqar Kərimov (68 kq) yazdırıb. O, veteranlar arasında baş tutan Avropa çempionatını ikinci pillədə başa vurub.

Qeyd edək ki, qarşıdakı günlərdə gənc və böyük yaş qrupları üzrə taekvondoçular dayanq üzərinə çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right