Hacı Əliyev: "İdmançılarımız olimpiadaya yaxşı hazırlaşırlar"

"İdmançılarımız olimpiadaya yaxşı hazırlaşırlar və inanıram ki, yaxşı nəticələr göstərəcəklər".

Newsport.az məlumatına görə, bunu Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarının qalibi olan sərbəst güləşçi Hacı Əliyev Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüş zamanı deyib.

65 kq çəki dərəcəsində çıxış edən titullu pəhləvan dövlət başçısının diqqət və qayğısı nəticəsində hər zaman uğurlar əldə etməyə çalışdıqlarını bildirib: "Böyük yarışlardan gəldikdən sonra idmançıları qəbul etməyiniz, nəticələrimizlə yaxından maraqlanmağınız bizi sevindirir. Bu, bizə böyük stimul verir. Ən böyük hədəfimiz 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır".

Əliyev güləşçilərin İslamiadada güclərini bir daha sübut etdiyini söyləyib: "Beş il əvvəl Bakıda keçirilən yarışda qazandığımız nəticəni təkrarladıq və biz 23 medal əldə etdik. Bunlardan 8-i qızıl, 8-i gümüş və 7-si bürünc medal idi. Ümumilikdə sərbəst güləşçilərimiz ikinci, yunan-Roma və qadınlardan ibarət yığma komandalarımız isə birinci oldular".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right